RU

ABŞ dan Gürcüstan vətəndaşlarına pis xəbər

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Gürcüstanı turist vizaları da daxil olmaqla, müəyyən növ vizalar üçün 15 min dollar depozit tələb olunacaq ölkələr siyahısına əlavə edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, martın 18-də ABŞ Dövlət Departamenti Gürcüstanı və digər 11 ölkəni (Kamboca, Efiopiya, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaraqua, Papua Yeni Qvineya, Seyşel adaları və Tunis) vətəndaşlarından müəyyən qısamüddətli vizalar üçün viza depoziti ödəməli olacaq ölkələrin siyahısına əlavə edib.

Bu vizalar B1 (iş) və B2 (turizm/tibbi) vizalarına şamil edilir. Depozit məbləği 5 min, 10 min və ya 15 min dollar ola bilər. Məbləğ konsulluq müsahibəsi zamanı müəyyən ediləcək. Depoziti ödəmək vizanın əldə edilməsinə zəmanət vermir.

ABŞ Dövlət Departamentinin məlumatına görə, viza depoziti proqramının məqsədi ABŞ-də icazəli qalma müddətini aşan və ya ölkədə qanunsuz qalan vizaalanların sayını azaltmaqdır.

Qərar aprelin 2-də qüvvəyə minəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
3
axar.az

4Источники