RU

ABŞ-dən İrana ağır zərbə: 7800 hədəf vuruldu, 120 gəmi batırıldı

ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirilən hərbi əməliyyat çərçivəsində 7 800-dən çox hədəfə zərbə endirib, həmçinin İslam Respublikasına məxsus 120-dən çox gəmini məhv edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalına müsahibəsində bildirib.

“Biz 7 800-dən çox hədəfə zərbə endirdik. 120-dən çox İran gəmisi hərbçilərimiz tərəfindən batırılıb”, – deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərlərini əhatə edib.

İranın elit hərbi qurumu – İnqilab Keşikçiləri Korpusu (SEPAH) buna cavab olaraq genişmiqyaslı əməliyyat həyata keçirdiyini açıqlayıb və İsrailə zərbələr endirib.

Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən obyektləri də hücumlara məruz qalıb./Oxu.az

Избранный
36
4
konkret.az

6Источники