RU

Bu banklarda krediti olanların nəzərinə

Azərbaycanda bəzi banklar (məsələn, BTB və ya digərləri) bank olmayan kredit təşkilatına (BOKT) çevrilir. Bu zaman vətəndaşların bankda olan kredit borcları, depozitləri və digər öhdəliklərinin aqibəti necə olur?İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev Metbuat.az-a açıqlamasında bildirib ki, hər hansı bir bank çevrilmə yolu ilə yenidən təşkil olunduqda, onun mövcud öhdəlikləri də yeni yaranan quruma keçir. Yəni belə desək, bank bağlansa belə, yaranmış öhdəliklərin icrası təmin edilir: “Məsələn, bankın verdiyi kreditlər var və həmin vəsaitlər geri ödənənə qədər onun minimum səviyyədə fəaliyyəti davam etdirilir. Burada məsələ sırf çevrilmədən getdiyi üçün mövcud depozitlər, verilmiş vəsaitlər və onların geri qaytarılması ilə bağlı bütün hüquq və öhdəliklər varislik prinsipi əsasında yeni yaranan müəssisəyə keçir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
6
35
metbuat.az

10Источники