RU

Qubada ər arvadını qətlə yetirib özünü asdı

Qubada ər arvadını qətlə yetirdikdən sonra intihar edib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Quba rayonunun Zizik kəndində 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.

Daha sonra Ceyhun Ağasiyev özünü asaraq intihar edib. 

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca

Избранный
86
2
unikal.az

1Источники