İran Prezidenti Məsud Pezeşkian ölkənin kəşfiyyat naziri İsmail Xətibin həlak olması xəbərini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident özünün rəsmi “X” hesabına məlumat verib.
Qeyd edək ki, İsrail tərəfi İranın kəşfiyyat nazirinin hava hücumları nəticəsində öldürülməsi barədə məlumatı öncədən yaymışdı.