RU

ABŞ və İsrail İranda yerüstü əməliyyatlardan çəkinir Politoloq

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ və İsrailin İrana qarşı müharibəsi davam etməkdədir. Hazırda müharibə hava hücumları ilə aparılır. Ancaq xarici mətbuatın yaydığı məlumata əsasən, ABŞ İrana qarşı quru qoşunlarından istifadə etməyi düşünür. Bu gün yayılan bir məlumata görə, ABŞ Yaxın Şərqə 2000-dən çox dəniz piyadası göndərəcək.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Orucov bildirdi ki, ABŞ/İsrail-İran müharibəsinin davam etməsi, dağıntıların və itkilərin artması dünya ictimaiyyətini narahat etməkdədir:

"Eskalasiyanın geniş coğrafiyaya yayılması ehtimalı hələ də qalır. İranın hərbi-siyasi gücü demək olar ki, sıradan çıxarılsa da, zəif də olsa müqavimət göstərə bilir. Tehran müharibənin indiki mərhələsində daha çox Hörmüz boğazını bağlamaqla, körfəz ölkələrinə zərbələr endirməklə təsirli alətlərdən istifadəyə daha çox üstünlük verir. ABŞ və İsrail bu müharibədə qarşılarına qoyduqları məqsədlərə hələ tam çata bilməyiblər. Nüvə proqramından, raket texnologiyasından imtinaya müvəffəq olunmayıb və rejim can üstə də olsa, yerində qalır. Birləşmiş Ştatlar İranın nüvə proqramının qarşısını almaq üçün hava hücumları yetərli sayılmır. Çünki hava zərbələri yeraltı bunkerlərdə saxlanılan, yaxud işlənilən nüvə obyektlərinə ciddi təsir göstərməyib. Belə olan təqdirdə yerüstü əməliyyatlarını keçirilməsi zəruriləşsə də, bu, riskli addım olardı. Odur ki, ABŞ və İsrail bundan çəkinir. Vəkil qüvvələr tərəfindən həmin əməliyyatları etmək planları da işlək deyil. Düşünürəm ki, əgər yerüstü hərbi müdaxilə baş verəcəksə, bu, İranın müdafiə gücü tam yarasız və döyüş qabiliyyətini itirəndən sonra baş verə bilər. İndiki vəziyyətdə isə bunun mümkün olduğu qənatində deyiləm".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
1
redaktor.az

2Источники