RU

AEBA nın rəhbəri: Hərbi kampaniya dövründə İranın ABŞ ilə nüvə danışıqlarına qayıdacağına inanmıram

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 18 mart, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Amerika Birləşmiş Ştatları-İsrail hərbi əməliyyatları və İranın cavab tədbirləri dayandırılana qədər rəsmi Tehranın Vaşinqtonla nüvə danışıqlarına qayıtmağa hazır olacağına inanmadığını deyib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə Vaşinqtonda jurnalistlərə bildirib.

“Bunu dərhal mümkün variant kimi nəzərdən keçirmək vaxtı deyil. Hərbi kampaniya davam etdiyi müddətdə danışıqların olacağını düşünmürəm”, - deyə o vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
azertag.az

2Источники