RU

Lənkəranda NovruzFest II coşqusu

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəran, 18 mart, AZƏRTAC

Yazın gəlişi və Novruz bayramının yaxınlaşması ilə əlaqədar olaraq bölgələrdə bayram əhvali-ruhiyyəsini əks etdirən tədbirlər davam edir. Bu çərçivədə Lənkəranda “NovruzFest II” adlı regional festival keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra bayram tonqalı alovlandırılıb, şəhid övladları tərəfindən sülh rəmzi olan göyərçinlər havaya buraxılıb. Tədbirin davamında iştirakçılar üçün zəngin və rəngarəng proqram təqdim olunub. Festival çərçivəsində milli musiqilər səsləndirilib, milli oyunlar, xalq rəqsləri nümayiş etdirilib.

Bununla yanaşı, tədbirdə Lənkəran rayonunda fəaliyyət göstərən sahibkarlar da öz məhsullarını nümayiş etdiriblər.

Qeyd edək ki, milli-mənəvi dəyərlərin təbliği, Novruz adət-ənənələrinin yaşadılması və gənclər arasında birlik və həmrəyliyin gücləndirilməsi məqsədilə keçirilən festivalda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan gənclər, idmançılar və mədəniyyət nümayəndələri iştirak ediblər.

Müxbir - İlkin Adıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
96
azertag.az

1Источники