RU

Yanvarda Azərbaycan Suriyaya təbii qaz ixracından 33 milyon dollardan çox gəlir əldə edib

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Suriya Ərəb Respublikasına33,504 milyon ABŞ dolları dəyərində 100,266 milyon kubmetr (qazhalında) təbii qaz ixrac edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrüPrezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəriçərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasındaAnlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasınınsədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd ƏlBəşir imzalayıblar.

İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texnikihazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isəAzərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına startverilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyardkubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilisşəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarınaçatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq.Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalıgücünə nail olunması nəzərdə tutulur.

Əlavə edək ki, ümumilikdə, 2026-cı ilin yanvar ayında 5-ci ildəAzərbaycan 687,506 milyon ABŞ dolları dəyərində 2,292 milyardkubmetr təbii qaz (qaz halında) ixrac edib. Bu, keçən ilin eynidövrü ilə müqayisədə dəyər baxımından 182,6 milyon ABŞ dolları vəya 21%, həcm baxımından isə 46,9 milyon kubmetr və ya 2% azdır.

Məqalədə:
Избранный
81
az.trend.az

1Источники