RU

Naxçıvanda pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Naxçıvan, 18 mart, AZƏRTAC

Naxçıvanda pirotexniki vasitələrin qanunsuz satışını təşkil edən H.İsmayılov və Ə.Cəfərov müəyyən olunaraq saxlanılıblar.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, araşdırmalarla onların idarə etdikləri nəqliyyat vasitəsindən, eləcə də yaşadıqları ünvanlardan müxtəlif növ pirotexniki vasitələr və tezalışan maddələr aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Müxbir- Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
azertag.az

1Источники