Bakı.Trend:
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının“Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiyatəşkilatında seçki iclası keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib, xalqımızın Ümummilli Lideri, müasir müstəqilAzərbaycanın memarı, YAP-ın qurucusu, ölkəmizin enerjistrategiyasının müəllifi Heydər Əliyevin və Vətən uğrunda həlakolan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsrolunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyevprospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatınınsədri, SOCAR Mərkəzi Arxivinin rəisi Ağaəli Hüseynov hesabatməruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlər, həyatakeçirilən təşəbbüslər və təşkilatın fəaliyyəti barədə ətraflıməlumat verib.
Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev,YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru ElmarQasımov, YAP Təştif Komissiyasının üzv, Milli Məclisin deputatıNaqif Həmzəyev, eləcə də YAP üzvü, SOCAR Baş ofisinin HəmkarlarTəşkilatının sədri Nazim Vəliyev çıxış edərək Ulu Öndər HeydərƏliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyasınınötən illər ərzində böyük, şərəfli və uğurlu yol keçərək cəmiyyətinaparıcı qüvvəsi kimi müstəqil ölkəmizin tarixində mühüm roloynadığını bildiriblər. Ümumxalq partiyasına çevrilən YAP-ınPrezident İlham Əliyevin sədrliyi ilə son 20 il ərzində mühümnailiyyətlərə imza atdığı, partiyanın fəaliyyətinin müasirtələblərə uyğunlaşdırılması, institusional potensialınıngücləndirilməsi istiqamətlərində zəruri işlərin həyata keçirildiyiqeyd olunub.
Sonra YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatının yeni sədrininvə sədr müavininin namizədlikləri irəli sürülüb, səsverməkeçirilib.
Səsvermənin nəticələrinə əsasən, SOCAR Aparatının rəhbəri HafizZeynalov SOCAR üzrə ərazi partiya təşkilatının yeni sədri, şirkətinvitse-prezidentinin müavini Racu Vəliyev isə sədr müaviniseçilib.
Göstərilən etimada görə təşəkkürünü bildirən Hafiz Zeynalovxalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən çətin vəməsuliyyətli dövründə böyük uzaqgörənliklə müstəqil Azərbaycanınmöhkəm təməlinin qoyulmasını və milli inkişaf strategiyasınınformalaşdırılmasını təmin etdiyini vurğulayıb. Bu xüsusda, YAP-ınölkəmizin davamlı və dayanıqlı inkişafındakı mühüm rolundan bəhsedən Hafiz Zeynalov Prezident İlham Əliyevin sədrliyi iləpartiyanın Azərbaycan vətəndaşlarının ümumi siyasi ideya və məqsədətrafında birləşməsinə nail olduğunu bildirib.
Daha sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərəvəsiqələr təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, sonraiclas iştirakçıları Azərbaycan Nefti sərgisi ilə tanış olublar.