RU

Övlad həsrəti çəkən pasiyent 17 il sonra ana olub

Bakı, 18 mart, AZƏRTAC

Xarici ölkələrdə nəticəsiz qalan müalicələrdən sonra 17 il övlad həsrəti çəkən pasiyent Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ana olmaq sevincini yaşayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 27-ci həftədə 1290 qram çəki ilə dünyaya gələn kiçik Aynur Bağırova 40 günlük intensiv neonatal müalicədən sonra sağlamlığına qovuşaraq ailəsinə təhvil verilib.

“Bu, yalnız tibbi uğur deyil, ümidin, səbrin və Azərbaycan tibbinin qələbəsidir!”, - deyə məlumatda vurğulanıb.

Избранный
83
1
azertag.az

2Источники