RU

"Süni intellektlə hazırlanan materialların yayılması avtomatik olaraq cinayət sayılmamalıdır"

Deputat Razi Nurullayev ötən gün Milli Məclisdə çıxışı zamanı bildirib ki, süni intellekt vasitəsilə hazırlanan materialların yayılması avtomatik olaraq cinayət tərkibi yaratmamalıdır.

Kibertəhlükəsizlik eksperti Əmrah Mövsümzadə Redaktor.az-a açıqlamasında qeyd etdi ki, süni intellekt texnologiyaları sürətlə inkişaf etdiyi müasir dövrdə hüquqi yanaşmalar da balanslı və kontekstual olmalıdır:

"Kibertəhlükəsizlik eksperti olaraq hesab edirəm ki, süni intellekt vasitəsilə hazırlanan materialların yayılması avtomatik şəkildə cinayət faktı kimi qiymətləndirilməməlidir. Texnologiyanın özü neytraldır, onun necə istifadə edilməsi əsasdır. Eyni alət həm faydalı məqsədlər, həm də zərərli fəaliyyətlər üçün istifadə oluna bilər. Burada əsas fərqləndirici məqam niyyət və nəticədir. Əgər süni intellekt vasitəsilə yaradılmış kontent kimisə aldatmaq, ictimai rəyi manipulyasiya etmək, reputasiyaya zərər vurmaq və ya maliyyə dələduzluğu məqsədi daşıyırsa, bu halda məsuliyyət məsələsinə tam əsaslı tədbirlər görülməlidir. Lakin sırf texnologiyadan istifadə faktına görə cəzalandırma tətbiq etmək innovasiyanın qarşısını ala və rəqəmsal inkişafı ciddi şəkildə ləngidə bilər".

Mütəxəssisin fikrincə, bu sahədə hüquqi boşluqların olması risklidir:

"Ona görə də optimal yanaşma texnologiyanın istifadəsi deyil, onun nəticəsində yaranan zərəri və qanun pozuntusunu əsas götürən hüquqi çərçivələrin hazırlanmasıdır. Eyni zamanda, süni intellektlə yaradılmış kontentlərin nişanlanması, yəni "labeling", platforma məsuliyyəti və istifadəçi maarifləndirilməsi kimi mexanizmlər də mütləq vacibdir. Nəticə etibarilə, süni intellekt kontentlərinin avtomatik kriminalizə olunması deyil, əsaslı və məqsədyönlü tənzimləmə modeli daha effektiv və ədalətli yanaşma hesab olunur".

Aytəkin TOFİQQIZI

 

Избранный
68
1
redaktor.az

2Источники