RU

Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,347 milyardkilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci eyni aylarındakı göstəriciilə müqayisədə 237,1 milyon kVt/saat və ya 5,2% azdır.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 4,212 milyardkVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə 216 milyonkVt/saat və ya 4,9% azalma deməkdir.

Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-fevralaylarında 684,2 milyon manat dəyərində məhsul istehsal olunub vəxidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi vəemalı sektorunda istehsal edilmiş məhsulların həcmi 94,4 milyonmanat təşkil edib.

Məqalədə:
Избранный
34
az.trend.az

1Источники