Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsində hazırlanmış “Azərbaycan teatrşünaslığı: biblioqrafik göstərici” kitabı işıq üzü görüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, kitabı şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və şöbənin böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva tərtib edib.
Milli teatrşünaslığımızın zəngin irsini bir mənbədə toplamaq, onun biblioqrafik mənzərəsini yaratmaq məqsədi daşıyan kitabda yalnız teatrşünasların deyil, bütövlükdə teatr, dramaturgiya və görkəmli sənətkarlar haqqında müxtəlif qələm adamlarının yazdığı əsərlərin biblioqrafik göstəriciləri yer alıb.
Nəşrdə, həmçinin tədqiqat mövzusu teatr və dramaturgiya ilə bağlı olan, elmin humanitar istiqamətləri üzrə müdafiə edilmiş dissertasiya işlərinin, xarici müəlliflərin dilimizə çevrilmiş əsərlərinin biblioqrafik məlumatları verilib.
Kitabdan teatr və dramaturgiya ilə məşğul olan mütəxəssislər, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, magistrant və doktorantlar faydalana bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.