RU

Serdar Ortaç Cansellə eşq yaşayır? - FOTO

"Kismetse Olur” yarışmasının iştirakçısı Cansel Ayanoğlu ilə məhşur müğənni Serdar Ortaçın eşq yaşadığı iddia olunub. Cütlüyün keçmişdə birlikdə çəkilmiş fotoları mediada yayımlanıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayanoğlu sosial şəbəkələrdə yayılan görüntülərin yeni kimi təqdim olunmasına etiraz edib:

“Bunu yenidən gündəmə gətirirsiniz, illər keçib. Bunun doğru olmadığını əvvəllər açıqlamışdım”, - deyə bildirib. 

Belə ki, o yaranan yanlış anlaşılmaların qarşısını almaq üçün açıqlama verməyə məcbur qaldığını vurğulayıb. Hadisə sosial mediada geniş rezonans doğurub. 

Ayxanım Məlikova

Избранный
60
unikal.az

1Источники