RU

Xaricdən idarə olunan 5 milyonluq şantaj əməliyyatının detalları üzə çıxdı VİDEO

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İlin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman Hüseynov və Emin Hüseynov, eləcə də Qabil Məmmədov sosial şəbəkələrdə Alena Əliyeva barədə böhtan xarakterli məlumatlar yaymağa başlayıblar. Hətta Mehman Hüseynov canlı yayımlardan birində saxta foto fraqmenti nümayiş etdirib. Aparılan araşdırmalar isə bu materialların mənşəyini və kampaniyanın arxasında dayanan məqamları üzə çıxarıb.Məlumata görə, bloqerlərin fəaliyyəti ilə paralel olaraq xaricdə olan bir şəxs Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə əlaqə yaradaraq şantaj etməyə başlayıb. Həmin şəxs əlində Alena Əliyevaya məxsus olduğunu iddia etdiyi görüntülərin olduğunu bildirərək, onların yayılmaması müqabilində 5 milyon avro tələb edib.Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət işi açılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı F.S. saxlanılıb. O, istintaqa ifadəsində cinayət əməlini etiraf edib və bildirib ki, fevralın 11-də Mehman Hüseynovla əlaqə saxlayaraq sözügedən görüntüləri istəyib. Qısa müddət sonra materialların ona göndərildiyini deyib.İfadədə qeyd olunub ki, F.S. əldə etdiyi materiallarla əvvəlcə rəsmi şəxslərin sosial media hesablarına müraciət edib, cavab ala bilmədikdə isə digər kanallar vasitəsilə tələblərini çatdırıb. Daha sonra o, Telegram üzərindən əlaqə yaradaraq əvvəlcə 10 milyon, daha sonra isə 5 milyon avro tələb edib."11 fevralda Mehman Hüseynovla mən əlaqə yaratmaq istədim və Facebook səhifəsində, "Sancaq" media səhifəsində ona mesaj göndərdim ki, xahiş elədim ki, o mənə həmin bu xanımın şəxsi həyat videolarını göndərsin yaxud şəkillərini göndərsin.Həmin günü, yəni çox qısa zamandan sonra Elman Əliyev və Zəki bəy Səlimov həmin materialları mənə atdılar və hətta Elman Əliyev mənə iki video atmışdı. Və mən onlara baxandan sonra mən inanmadım ki, bu doğru videolardır, bu feyk videodur. O, Mehman Hüseynovdan gələn, onun vasitəsilə yayılan videolardır.Bu informasiyanı əldə edəndən sonra fevralın 11-də mən Facebook səhifəmdən Mehriban xanım Əliyevanın Facebook səhifəsində, ondan sonra Arzu Əliyevanın Facebook səhifəsində və Leyla xanım Əliyevanın səhifəsində orda mesaj yazdım ki, mənim əldə etdiyim müəyyən materiallar var Alyona xanımın şəxsi həyatından və mən işarə etdim ki, əlaqə saxlamaq istəyirəm onlarla. Ancaq heç bir reaksiya olmadığına görə fevralın 15-də mən görəndə ki, deməli, mənim mesajlarıma cavab olmadı, qərara gəldim ki, məktub yazım.Və Heydər Əliyev Fonduna, saytına orda girərək orda müraciət bölməsində məktub yazdım. Orda öz email-imi qoydum və telefon nömrəmi qoydum. Bu şərtlərimi təzədən təkrar elədim. Məndən Messenger vasitəsilə onların adamları əlaqə saxlasınlar. Bunu eləməsələr, mən artıq bu informasiyanı, məlumatları bütün dünyaya yayacağam; deməli, informasiya agentliklərinə, səfirliklərə, parlamentlərə və sairə.Təxminən ayın 18-i mən, deməli, Cavid Qurbanovla əlaqə yaratmağa nail oldum. Cavid Qurbanovla biz Telegram messenceri ilə əlaqə qurduq, orda danışıqlar apardıq. Mən Cavid Qurbanova şərtimi səsləndirdim. Dedim ki, bəs mən 10 milyon avro tələb etmək istəyirdim, ancaq, deməli, fikrimi dəyişdim və bu iş tez olsun deyə mən 5 milyon avro tələb etdim", - o etiraf edib.Aparılan texniki araşdırmalar isə sensasion nəticə ortaya çıxarıb. Məlum olub ki, şantaj üçün istifadə edilən görüntülər 18+ saytlardan götürülüb. Videodakı şəxsin əslində “Amber Lulu” ləqəbi ilə tanınan əcnəbi qadın olduğu müəyyən edilib.Beləliklə, ortaya çıxan faktlar Alena Əliyevaya qarşı aparılan kampaniyanın tamamilə saxta və qərəzli olduğunu göstərir.İslam

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
demokrat.az

1Источники