ABŞ-ın Ohayo və Pensilvaniya ştatlarında səmada ağ izlər qoyan parlaq bir cisim müşahidə edilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) məlumat yayıb.
Saatda 72 min kilometr sürətlə hərəkət edən cisim səhər saatlarında Eri gölü üzərində görülüb və meteorit Ohayo ştatının Medina qraflığı yaxınlığında parçalanıb.
Bəyanatda bildirilib ki, parçalanma nəticəsində təxminən 250 ton TNT-yə bərabər enerji ayrılıb. Bu isə partlayış səsinin eşidilməsinə və bölgədə titrəmələrin hiss olunmasına səbəb olub.