RU

Fuad Muradov İzmir valisi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində İzmir valisiSüleyman Elbanla görüşüb.

Trend bu barədəkomitəyə istinadən xəbər verir.

Görüşdə Azərbaycan Respublikasının Türkiyədə Respublikasındafövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.Müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq vəstrateji tərəfdaşlıq münasibətlərinin inkişafından danışılıb,İzmirdə yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, cəmiyyətəinteqrasiyası, təhsil və iş imkanları, həmçinin mədəni əməkdaşlıqvə ictimai diplomatiya istiqamətlərində birgə təşəbbüslərinartırılması diqqət mərkəzinə gətirilib.

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatakeçirilən diaspor siyasətindən bəhs edərək dünyanın müxtəlifölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasının,milli-mədəni kimliyinin qorunmasının və yaşadıqları cəmiyyətlərədaha fəal inteqrasiyasının dövlət üçün prioritet olduğunuvurğulayıb, Türkiyənin müxtəlif şəhərlərində yaşayanazərbaycanlıların yerli qurumlarla əməkdaşlığının vacibliyini diləgətirib. Bildirib ki, Azərbaycanla Türkiyə arasında mövcud olan“bir millət, iki dövlət” prinsipi təkcə siyasi münasibətlərdədeyil, həm də diaspor sahəsində əməkdaşlıqda özünü aydın şəkildəgöstərir.

Vali öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsi iləəlaqələrin inkişafına xüsusi önəm verdiyini, İzmirdəki Azərbaycanicması ilə əməkdaşlığın genişləndirilməsinə, təhsil, məşğulluq vəbir sıra digər sahələrdəki layihələrə dəstək verməyə hazır olduğunuifadə edib.

Görüşdə əməkdaşlığın perspektivləri geniş müzakirə olunub, ortaqmədəni və ictimai tədbirlərin təşkili, diaspor təşkilatları iləyerli idarəetmə qurumları arasında əlaqələrin gücləndirilməsi,gənclərin və tələbələrin layihələrə cəlb olunması kimi məsələlərətrafında fikir mübadiləsi aparılıb. Tərəflər əminliklə bildiriblərki, qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi həmAzərbaycan–Türkiyə dostluğuna, həm də İzmirdəki Azərbaycanicmasının fəaliyyətinin daha da inkişafına töhfə verəcək.

Избранный
55
8
az.trend.az

9Источники