RU

ABŞ Yaxın Şərqə əlavə 2200 dəniz piyadası GÖNDƏRƏCƏK?

ABŞ-nin Yaxın Şərqə əlavə 2200 əsgər göndərdiyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, USS Tripoli Okinavadakı ABŞ bazasından yola düşüb. Gəmidə ABŞ Dəniz Piyadaları Korpusunun ekspedisiya bölməsindən 2200-ə qədər hərbçinin olduğu bildirilir.

Qeyd olunub ki, gəmi çərşənbə axşamı Sinqapura çatıb.

Əlavə edək ki, daha əvvəlki məlumatlara əsasən, ABŞ-nin Yaxın Şərqdəki qüvvələr qrupunun sayı təxminən 50 min hərbçidən ibarətdir.

Aminə ŞAHSUVARQIZI

Избранный
46
redaktor.az

1Источники