RU

Azərbaycanda Çin şirkəti ilə birlikdə traktor istehsalına başlanılır

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dongfeng-İmprotex AZ Agro" MMC-ni dövlət qeydiyyatına alıb.

"Cebheinfo.az" nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı "Improtex" şirkəti ilə eyni - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi, 15-ci km, nizamnamə kapitalı 1 milyon ABŞ dolları, qanuni təmsilçisi isə Çin vətəndaşı Wang Weıjundur.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin aprel ayında Çinə etdiyi dövlət səfəri zamanı "İmprotex" və "Changzhou Dongfeng Agricultural Machinery" şirkətləri arasında traktor istehsalı layihəsinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Yeni şirkətin yaradılması Azərbaycanda Çin şirkəti ilə birlikdə traktor istehsalına başlanılmasından xəbər verir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
63
3
cebheinfo.az

4Источники