RU

Sabiq sədr 5 milyona görə Vasif Talıbovu günahlandırır - Başqa məmurların da adı keçir

Sabiq
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin 5 milyon manatdan çox mənimsəmədə ittiham olunan sabiq sədri Bəhruz Əsgərov özünü təqsirli bilmir. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun işi üzrə ilk məhkəmə baxışı keçirilib. Proses prokurorun ittiham aktını elan etməsi ilə başlayıb.
İttiham konkret olaraq ondan ibarətdir ki, Bəhruz Əsgərov 2018-2020-ci illər ərzində Şərur Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Mikayıl İbrahimov, Culfa Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Yaşar İbrahimov, Şahbuz Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Səbuhi Dadaşov, Sədərək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Malik Zamanov, Ordubad Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Müslüm Mehdiyev, Kəngərli Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Çingiz Mehdiyev, Babək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Arif Əsgərov, Naxçıvan Şəhər Yol Təmir İstismar İdarəsinin rəisi Hidayət İmanov və digərləri ilə birləşərək dövlət büdcəsindən yolların təmiri üçün ayrılmış 5 milyon manatdan artıq vəsaiti mənimsəyiblər. B.Əsgərov isə vəziyyətin əslində başqa cür olduğunu bildirib. Əldə etdiyimiz məlumata görə, Agentliyin eks-rəhbəri bu dəfə geniş ifadə verməsə də, əvvəlki dindirmələrin hamısında korrupsiyaya görə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu ittiham edib. Onun sözlərinə görə, dövlət büdcəsindən hər dəfə ayrılan pulların 10 faizi V.Talıbova çatıb. Pulu ona çatdıran isə həmin vaxt Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləyən Hicran Rüstəmov olub. Təqsirləndirilən şəxs əlavə edib ki, həmin 10 faizi çatdırmayacağı halda işini itirəcəyi ilə təhdid edilib. Məlumat üçün deyək ki, H.Rüstəmov özü də 212 milyonluq yeyintidə təqsirli bilinmişdi. Növbəti iclasda B.Əsgərov hakim qarşısında sərbəst ifadə verəcək. Yekunda təqsirli bilinəcəyi halda isə onu 10 ildən 14 ilə kimi həbs gözləyir.
Избранный
22
11
1news.az

10Источники