RU

“Azərbaycan ərazisində heç bir xarici hərbi baza fəaliyyət göstərmir”

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ölkəmizin ərazisində nə sülhməramlı qüvvələr, nə də başqa dövlətə məxsus hərbi bazalar fəaliyyət göstərir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Bu, Azərbaycanın milli maraqlarına və dövlət müstəqilliyinə əsaslanan prinsipial mövqedir. Sülhməramlı qüvvələrin yerləşdirilməsi adətən qarşıdurma və ya silahlı insidentlərin baş verdiyi ərazilərdə müvəqqəti sabitliyi və təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Azərbaycan isə regionda sülhün, sabitliyin təmin olunmasını öz milli gücü və diplomatik səyləri ilə həyata keçirir”.

Deputat vurğulayıb ki, ölkəmiz müxtəlif dövlətlərlə koordinasiyalı şəkildə işləyir, qarşılıqlı hörmət və bərabər hüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanaraq tərəfdaşlıq qurur:

“Hərbi bloklara qoşulmadan müstəqil və neytral mövqeyini qoruyur. Bu səbəbdən hər hansı dövlətin iddiası ki, Azərbaycan ərazisində baza və ya hərbi birləşmələr var, absurddur və heç bir fakt və arqumentə əsaslanmır.

Bütün bunların mərkəzində balanslaşdırılmış siyasət dayanır ki, bu da dünya prosesləri üçün effektivliyini göstərir”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
72
icma.az

1Источники