RU

Fərqli baxış və yeni əməkdaşlıqlar... Biznes Mərkəzi Klubu nun yeni layihəsi olan “Biznes Mərkəzi Talks” platformasının ilk görüşü baş tutub

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Biznes Mərkəzi Klubu"nun yeni layihəsi olan “Biznes Mərkəzi Talks” platformasının ilk görüşü baş tutub.

Bizimyol.info xəbər verir ki, tədbir Ramazan ayına təsadüf etdiyindən, iftar süfrəsi ilə başlayıb. "Retro Şam" restoranında baş tutan tədbirdə “Biznes Mərkəzi Klubu”nun İdarə Heyətinin sədri Rüfət Nadirli açılış nitqi ilə çıxış edib. Rüfət Nadirli çıxışı zamanı klubun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və gələcək planlar haqqında ətraflı məlumat verib.

Daha sonra "Retro Şam" restoranının direktoru Vüqar Qaragözov çıxış edərək "Biznes Mərkəzi Klubu"nun maraqlı layihəsinə görə təşəkkür edib, qonaq qismində yer alan sahibkarlara restoran barədə fikirlərini bölüşüb və hər bir iş adamına gələcək fəaliyyətinə uğurlar arzulayıb.

"Biznes Mərkəzi Klubu" tərəfindən keçirilən tədbirin spikeri Milli Məclisin deputatı Müşfiq Cəfərov olub. Görüş zamanı “Şirkətlərin maliyyə və kadr siyasəti” mövzusu ətrafında geniş müzakirələr aparılıb. İştirakçılar şirkətlərin maliyyə idarəetməsi, effektiv kadr siyasətinin qurulması, biznes strategiyalarının formalaşdırılması və real biznes təcrübələri barədə dəyərli fikirlər əldə edib. Tədbirin təşkilində göstərdiyi dəstəyə görə “Sayman Consulting” şirkətinin təsisçisi və direktoru Lalə Əsgərovaya təşəkkür bildirilib.

Tədbir sahibkarlar, şirkət rəhbərləri və menecerlər üçün şəbəkələşmə və yeni əməkdaşlıq imkanları üçün zəmin yaradıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
57
bizimyol.info

1Источники