RU

İsrail İranın kəşfiyyat naziri İsmail Xatibin öldürüldüyünü elan edib

İsrail İranın kəşfiyyat naziri İsmail Xatibin öldürüldüyünü elan edib

Martın 18-də gecə Tehranın şimalındakı hədəflərə endirilən zərbələr nəticəsində İranın kəşfiyyat naziri İsmail Xatib "zərərsizləşdirilib".

AFN.az İsrailin "N12" telekanalına istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib. Kats bu əməliyyatı uğurlu adlandıraraq, Xatibin regional təhdidlərin yayılmasında mühüm rol oynadığını bildirib.

"The Jerusalem Post" qəzetinin hərbi mənbələri təsdiq edir ki, əməliyyat Tehranın nüfuzlu yaşayış rayonlarında həyata keçirilən silsilə hava zərbələri çərçivəsində baş tutub. İddia edilən bu ölüm, son 48 saat ərzində İranın ali rəhbərliyinə vurulan ardıcıl zərbələrin davamıdır. Belə ki, bundan bir gün əvvəl İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani və "Bəsic" qüvvələrinin rəhbəri Qolamrza Süleymaninin də İsrail zərbələri nəticəsində öldüyü açıqlanıb.

Избранный
72
afn.az

1Источники