RU

Hüseyn Abdullayevdən xəbər var DƏRİN DEPRESSİYADADIR, ÜRƏK AĞRILARINDAN ƏZİYYƏT ÇƏKİR

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevdən xəbər var.

Gununsesi.info-nun xəbərinə görə, sabiq deputatın anası Zeynəb Abdullayeva cəzaçəkmə müəssisəsində  olan oğluna baş çəkib.

Zeynəb Abdullayeva saytımıza açıqlamasında bildirib ki, oğlunun vəziyyətindən şoka düşüb: “Hələ də özümə gələ bilmirəm. Vəziyyəti çox pisdir. Dərin depressiyadadır, şiddətli ürək ağrıları var. Apardığım yeməklər boğazından keçmir. Hüseyn bu cəzanı çəkəcək cana sahib deyil. Yaşlı anayam, bu ağır ayda Mehriban xanıma üz tuturam. Oğlumun günahı varsa, mənə bağışlasın. Hüseynin Azərbaycan dövləti qarşısında xidmətləri çox olub. Heç olmasa bunu nəzərə alsınlar”. 

Qeyd edək ki, 2019-cu Türkiyədə tutularaq Azərbaycana gətirilən Hüseyn Abdullayev 6 azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Ancaq cəzasının bitməsinə qısa müddət qalmış ona yeni ittihamlar elan olunub.

Bu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il cəza təyin olunub.

Yerli və beynəlxalq təşkilatlar Hüseyn Abdullayevə qarşı ittihamları tənqid edib, hökuməti onu azadlığa buraxmağa çağırıb.

Günay Mahirqızı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
50
icma.az

1Источники