RU

“Arşın mal alan” operettası Vankuver səhnəsində

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 18 mart, AZƏRTAC

Kanadanın Vankuver şəhərində yerləşən “Terri Foks” teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası səhnələşdirilib.

AZƏRTAC xəbər verir ki, tamaşa Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “EventTop Cloud Services” şirkətinin dəstəyi, “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının, həmçinin “Turkuaz” Türk İncəsənət və Mədəniyyət Fondunun təşkilatçılığı ilə təqdim olunub.

Müasir üslubda quruluş verilən səhnə əsəri “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının üzvlərinin ifasında təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
azertag.az

1Источники