RU

Kreml Laricaninin öldürülməsini pisləyib

Kreml İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini pisləyib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin İran rəhbərliyinin nümayəndələrinə qarşı öldürücü fəaliyyəti pislədiyini söyləyib.

"Rusiya sağlamlığa zərər vurmağa yönəlmiş hərəkətləri, xüsusən də suveren İran və digər ölkələrin rəhbərliyinin nümayəndələrinin öldürülməsini qətiyyətlə pisləyir", - Kremlin rəsmi nümayəndəsi bildirib.

Избранный
55
7
apa.az

8Источники