RU

Merts Avropa İttifaqını getdikcə daha çox tənqid edir SƏBƏB

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqının fəaliyyətindən artan narazılığını dilə gətirərək, Brüssellə razılaşdırılmadan daha müstəqil siyasi xəttin aparılmasını dəstəkləyir.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Müəllifin fikrincə, Merts Avropa İttifaqının bürokratik aparatını tənqid atəşinə tutur və bu vəziyyətin Almaniya iqtisadi inkişafını ləngitdiyini düşünür. Kansler bəzi məqamlarda ümumavropa razılaşması olmadan qərarlar qəbul etməyin önəmini də vurğulayır. Bildirilir ki, Mertsin bu cür yanaşması Vaşinqton səfərində daha qabarıq şəkildə üzə çıxıb. Belə ki, o, ABŞ Prezidenti Donald Trampın İspaniyaya yönəlik tənqidi fikirlərinə tərəfdar çıxaraq, Aİ üzrə müttəfiqini müdafiə etməyib.

Əlavə olunur ki, İranla əlaqədar münaqişə və trans-Atlantik əlaqələrdəki transformasiyalar da daxil olmaqla, xarici siyasət çağırışları fonunda Aİ institutları ilə milli hökumətlər arasındakı ziddiyyətlər daha da kəskinləşir. Bununla yanaşı, Merts daxili siyasətdə reytinqinin azalması və müxalif qüvvələrin təzyiqləri ilə qarşı-qarşıyadır ki, bu amillər də onun Avropa İttifaqına qarşı mövqeyini formalaşdırır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
1
cebheinfo.az

2Источники