RU

Bu onların öz beyinlərinin məhsulu deyil, onlardan vasitə kimi istifadə ediblər

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Bu onların öz beyninin məhsulu deyil. Onlardan vasitə kimi istifadə edirlər".Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.O qeyd edib ki, hazırda heç bir xərc çəkmədən süni intellekt vasitəsi ilə qısa zamanda saxta videolar hazırlamaq mümkündür."Ailə dəyərlərinə hörmət başqa bir şəxsin ailə üzvlərinə, xanım üzvlərinə qarşı etik ifadələrin, qeyri-etik ifadələrin belə işlədilməsini, yəni qəbul etmir. Və bu baxımdan da baş verən bu hadisədə və sonra Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı açıqlamalardan məlum olur ki, bu cür şəxslərin belə ifadələr işlətməsi və bu cür şantaj və böhtan dolu məlumatların yayması onların öz beyninin məhsulu deyil. Onları idarə edən xarici dövlətlərin xüsusi xidmət orqanlarının maraq dairəsindədirlər. Onlardan da vasitə kimi istifadə eləyirlər. Və bu baxımdan da, yəni belə hesab etmək olar ki, DTX-nın açıqlamasından sonra həmin şəxslərin yaydığı materialların gündəmə gəlməsi və paylanması Azərbaycanı sevməyən xarici ölkələrin, dövlətlərin müəyyən xüsusi xidmət orqanlarının marağını özündə əks etdirmişdi. Hazırda DTX-nın yaydığı bu açıqlamada da görünür ki, özləri təqsirləndirilən şəxs səmimi etiraf edir ki, bu hadisələr hardan qaynaqlanıb və hansı formada bu gündəmə gəlib. Yenə də burada pul və digər varlanmaq ehtirası ilə bərabər, bu sifarişi verənlərin məqsədi həmin görüntüləri paylaşmaqla Azərbaycan prezidentinə, Azərbaycan dövlətinə qarşı mənfi fikirlərin formalaşmasına nail olmağa çalışmalarıdır.Çingiz Qənizadənin fikrincə Prezidentin ailə üzvlərinə qarşı yönəlmiş şantaj cəhdləri təkcə bir ailəyə deyil, həm də milli mentalitetimizə qarşı yönəlmiş ağır zərbədir. "Döyüş meydanında məğlub olan dairələr indi öz azğın fəaliyyətlərini kiberməkana daşıyıblar. Bu gün dünyada "deepfake" texnologiyaları vasitəsilə insanların üzləri və səsləri sürətlə saxtalaşdırılır. Cəmi yarım saatdan da az vaxt sərf etmək lazımdır ki, istənilən şəxsin siması ilə saxta videolar yaradılsın. Milli mentalitetimiz hər zaman ailəni toxunulmaz hesab edib. Bu dəyərləri qorumaq hər bir vətəndaşın və dövlətin ortaq vəzifəsidir"."Milli mentalitetimiz ailə dəyərlərinə hörməti və şəxsi həyatın toxunulmazlığını mənəvi sütun kimi qəbul edir. Siyasi mübarizəni bu müstəviyə daşımaq həm cəmiyyətdə etimadsızlıq yaradır, həm də ciddi mənəvi deqradasiyanın göstəricisidir. Xarici xüsusi xidmət orqanlarının maraqlarına xidmət edən bu növ şantaj və "deepfeyk" hücumları dövlətimizin milli təhlükəsizliyinə qarşı yönəlmiş hibrid savaşın tərkib hissəsidir. Bu cür texnoloji cinayətlərin qarşısını almaq üçün həm beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həm də süni intellektlə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi zəruri hesab olunur".Qeyd edək ki, ilin əvvəlindən xaricdə yaşayan bloqerlər tərəfindən Alena Əliyeva haqqında böhtan xarakterli məlumatlar yayılmağa başlanıb. Bu kampaniya ilə eyni vaxtda naməlum şəxs yüksəkvəzifəli şəxsləri saxta görüntülərlə şantaj edərək 5 milyon avro tələb edib. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılıb. O, istintaqa verdiyi ifadədə materialları Mehman Hüseynov və digər şəxslərdən aldığını etiraf edib. Saxlanılan şəxs görüntüləri yaymamaq müqabilində ailə üzvlərinə və Heydər Əliyev Fonduna hədə-qorxu dolu mesajlar ünvanladığını bildirib.Kənan İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
2
demokrat.az

3Источники