RU

Çanaqqala bir millətin dirilişinin nidasıdır – Tənzilə Rüstəmxanlı yazır

Çanaqqala…
Təkcə bir şəhərin və ya savaşın adı deyil. Bu, bir millətin yenidən doğulduğu, özünü xatırladığı, ruhunun oyandığı müqəddəs bir tarixdir.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

Bu zəfərin üzərindən illər keçsə də, onun izi hələ də torpaqda, dalğalarda yaşayır. Çanaqqala, türk millətinin özünə qayıdışının simvoludur. Elə bir qayıdış ki, Bilgə Xaqanın əsrlər öncə dediyi kimi:
“Ey türk, titrə və özünə dön!” çağırışının canlı təcəssümünə çevrildi.

Osmanlının ən ağır, ən çətin günlərində – “xəstə adam” deyə adlandırıldığı bir dövrdə Çanaqqalada qazanılan zəfər sadəcə hərbi uğur deyildi. Bu, ruhun dirilişi idi. Bu, millətin öz gücünü xatırlaması idi.

O səngərlərdə yazılan tarix, türk xalqını oyatdı. Və o oyanışla bir millət küllərindən doğdu…

Bu dirilişin önündə isə bir mavi gözlü, sarı saçlı gənc zabit dayanırdı — Mustafa Kemal Atatürk.
Onun Çanaqqalada göstərdiyi iradə, qətiyyət və sarsılmaz inam bir xalqı birləşdirdi. O xalq işğala boyun əymədi. O xalq əsarəti qəbul etmədi.

Anadoluya çəkilərək alovlanan mübarizə ruhu, azadlıq atəşinə çevrildi. Və nəticədə dağılan bir imperiyanın yerində gənc, güclü bir Cümhuriyyət doğuldu.

Çanaqqala həm də təkcə Türkiyənin deyil…
Bu, bütün türk dünyasının mübarizəsidir.

O səngərlərdə Azərbaycanın da övladları vardı. Türk dünyasının müxtəlif guşələrindən gələn igidlər vardı. Onlar eyni bayraq, eyni inanc, eyni amal uğrunda çiyin-çiyinə döyüşdülər. Qanları bir torpağa qarışdı, taleləri bir tarixə yazıldı.

Çanaqqala – birlikdir.
Çanaqqala – yaddaşdır.
Çanaqqala – ruhdur.

Və bu ruh bizə hər zaman bunu xatırladır:
Bir millət özünə dönəndə, öz kökünə bağlananda – onu heç bir güc məğlub edə bilməz. Necə ki eyni zəfər hissini Qarabağda yaşadıq.

Çanaqqala keçilməz!

Избранный
45
1
moderator.az

2Источники