RU

Paşinyan vəzifəsindən gedir?

Ermənistanda 7 iyun 2026-cı il parlament seçkilərinə hazırlıq gedir və keçmiş prezident Robert Koçaryan 16 martda “Ermənistan” blokundan Baş nazir namizədi elan olunub. Bu nominasiya hazırki Baş nazir Nikol Paşinyanın seçkilərdən sonra vəzifədə qalmasına necə təsir edə bilər?Siyasi şərhçi Abutalıb Səmədov Metbuat.az-a açıqlamasında bildirib ki, parlament seçkilərində iştirak etmək istəyən digər partiyalar, “Ermənistan” blokunda olduğu kimi, baş nazir postuna öz namizədlərini irəli sürüblər və artıq bir neçə namizəd mövcuddur. Lakin bu elanların Paşinyanın baş nazir vəzifəsində qalmasına hər hansı təsiri yoxdur. Əsas məsələ seçkilərin necə başa çatacağı və qalibin kim olacağıdır: “Məlumdur ki, Paşinyanın əsas rəqibləri Rusiyameylli qüvvələrdir və Rusiya onları fəallaşdırmaq üçün əlindən gələni edib. Həm sahibkarları, həm kilsəni, həm də uzun illər ona xidmət edən partiyaları öz məqsədi ətrafında birləşdirə bilib. İndi əsas sual onların seçkilərdə necə iştirak edəcəyidir. Ehtimal olunur ki, bəziləri Karapetyanın rəhbərlik etdiyi blokda birləşərək seçkilərə blok şəklində qatılacaqlar. Bu barədə əvvəllər həm Koçaryan, həm də “Daşnaksütun” partiyası bəyanat vermişdi. Sarkisyan isə, ola bilsin ki, parlament seçkilərində təkbaşına iştirak etsin. Digər partiyaların da seçkilərə qatılacağı gözlənilir”.A.Səmədovun fikrincə, bu seçkilərdə əsas məqam Paşinyanın böyük üstünlüklə qalib gəlməsidir: “Bu, onun indiyədək həyata keçirdiyi siyasəti davam etdirməsi, həmçinin nəzərdə tutulan layihələri reallaşdırması baxımından vacibdir. Buraya Zəngəzur dəhlizinin açılması, yeni konstitusiyanın qəbul edilməsi və sülh sazişinin imzalanması daxildir. Ümid etmək olar ki, seçkilərdə rusiyameylli qüvvələr məğlub olacaq, Paşinyan isə böyük üstünlüklə qalib gələcək və bölgədə sülh və əməkdaşlıq mühiti daha da möhkəmlənəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
67
metbuat.az

1Источники