RU

HƏMAS-ın təchizat-logistika şöbəsinin rəhbəri öldürüldü

HƏMAS-ın təchizat və logistika şöbəsinin rəhbəri Yəhya Əbu Ləbda öldürülüb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumatda bildirilib ki, Yəhya Əbu Ləbda hərbi təchizat məsələlərinə məsul olub, o, raket istehsalı üçün tonlarla xam materialın, müasir elektron komponentlərin daşınmasını təmin edib.

Məlumatda qeyd edilib ki, bu silahlar 7 oktyabr hücumlarında istifadə olunub.

"Cebheinfo.az"

Избранный
56
8
cebheinfo.az

9Источники