RU

İsrail İranın kəşfiyyat naziri İsmayıl Xətibə qarşı sui-qəsd CƏHD EDİB

İsrail İranın kəşfiyyat nazirini aradan götürməyə cəhd edib.

İnterpress.az xəbər verir ki, bu barədə “N12” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail İranın kəşfiyyat naziri İsmayıl Xətibi aradan götürməyə (sui-qəsd etməyə) cəhd göstərib. Hadisənin detalları və dəqiq vaxtı barədə hələlik geniş məlumat verilməyib.

Əlavə olaraq qeyd edək ki, son zamanlar İsrail və İran arasında kəşfiyyat müharibəsi və gizli əməliyyatlar ən kəskin həddə çatıb. Yaxın Şərqdə davam edən gərginlik fonunda yüksəkvəzifəli rəsmilərə qarşı təşkil edilən bu cür sui-qəsd cəhdləri regiondakı vəziyyəti daha da alovlandırır və beynəlxalq təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
77
1
interpress.az

2Источники