RU

ABŞ-ın dövlət borcu ilk dəfə 39 trilyon dolları keçib

ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 39 trilyon dollar həddini aşıb.

“İki sahil” xəbər verir ki, bu barədə real vaxt rejimində borc göstəricilərini izləyən "usdebtclock.org" portalının məlumatlarında bildirilir.

Martın 18-i saat 11:35-ə olan göstəricilərə görə, ABŞ-ın dövlət borcu 39,003 trilyon dollar təşkil edir. Bu da hər bir ölkə sakininə təxminən 113 min dollar borc düşməsi deməkdir.

Eyni zamanda, ABŞ Maliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, dövlət borcu 38,992 trilyon dollar səviyyəsindədir. Rəqəmlər arasındakı fərq hesablamaların aparıldığı vaxt fərqi ilə izah olunur.

Daha əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırıb ki, ABŞ-ın dövlət borcu 2031-ci ilə qədər ölkənin ümumi daxili məhsulunun (ÜDM) 140%-nə çata bilər.

Избранный
65
20
ikisahil.az

10Источники