RU

Məşhur qadın müğənni özündən 11 yaş kiçik sevgilisini "hədiyyə yağışı"na tutdu

Türkiyəli məşhur müğənni Sibel Can ilə iş adamı Emir Sarıgülin münasibəti yenidən müzakirə mövzusuna çevrilib.

Publika.az xəbər verir ki, uzun müddətdir birlikdə olan cütlüyün bu yay ailə quracağı ilə bağlı şayiələr yayılıb.

İddialara əsasən, özündən 11 yaş kiçik olan Sarıgüllə münasibətdə olan müğənninin sevgilisinə tez-tez hədiyyələr alması da diqqət çəkən məqamlardandır. Cütlüyün evliliyi ilə bağlı son açıqlama isə aparıcı Ece Erkendən gəlib. O bildirib ki, tərəflər yay aylarında evlənməyi planlaşdırır.

Bununla yanaşı, Sarıgülün atası Mustafa Sarıgülün əvvəllər bu münasibətə qarşı olduğu, lakin sonradan razılıq verdiyi də iddialar arasındadır.

Избранный
54
2
publika.az

3Источники