RU

Trampla görüşən Baş nazirin bu hərəkəti gündəm oldu

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-də keçirilən rəsmi qəbulda İrlandiyanın Baş naziri Mişel Martin və Donald Tramp bir araya gəlib. Görüşün siyasi tərəfindən çox baş nazirin kameralara əks olunan gözlənilməz hərəkəti dünya mediasının diqqət mərkəzinə düşüb.Demokrat.az-ın məlumatına görə Mişel Martinin söhbət zamanı şalvarındakı ləkəni təmizləmək üçün tüpürcəyindən istifadə etməsi maraqlı anların yaşanmasına səbəb olub. Həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq müzakirə obyektinə çevrilib. İzləyicilərin bir qismi bu davranışı təbii insan refleksi kimi normal qarşılasa da, rəsmi protokol qaydalarına uyğun olmadığını düşünənlər də az deyil.Hadisə beynəlxalq mətbuatda "diplomatik qaf" ( (fransız mənşəli "gaffe" sözündən) – rəsmi görüşlər, beynəlxalq tədbirlər və ya diplomatik yazışmalar zamanı yol verilən ehtiyatsız, qeyri-etik və ya protokol qaydalarına zidd olan davranış ) kimi qiymətləndirilib. Hətta bir çox platformada görüşün rəsmi nəticələrindən daha çox məhz bu saniyəlik kadrlar müzakirə edilir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
99
demokrat.az

1Источники