İrandan martın 18-i saat 08:00-dan 12:00-dək dörd ölkə vətəndaşı Azərbaycana təxliyə olunub.
"Report"un Cənub bürosu xəbər verir ki, onların keçidi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bunlar Almaniya və Hindistanın hər birinin 2, Kanada və Pakistanın hər birinin 1 vətəndaşıdır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bundan sonra xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi həyata keçirilməyə başlanılıb.