RU

MADO – ailəvi istirahət məkanı - FOTOLAR

Məşhur restoranlar şəbəkəsi MADO ailəvi istirahəti sevən qonaqlar üçün rahat və xoş mühit yaratmağa davam edir.

"Unikal" xəbər verir ki, şəbəkənin bir çox filiallarında uşaqlar üçün xüsusi oyun otaqları fəaliyyət göstərir. Bu məkanlar balaca qonaqların təhlükəsiz və əyləncəli şəkildə vaxt keçirməsi üçün nəzərdə tutulub. Parlaq və rəngarəng dizayn, eləcə də müxtəlif oyun elementləri uşaqların restoranda keçirdiyi vaxtı daha maraqlı və yaddaqalan edir.

Uşaqlar oyun zonasında vaxt keçirərkən, valideynlər restoranın rahat atmosferində dincələ və MADO-nun zəngin menyusundan, o cümlədən məşhur dondurma və desertlərindən zövq ala bilirlər. Bu yanaşma restoranı həm dostlarla görüş, həm də ailəvi istirahət üçün ideal məkana çevirir.

MADO üçün ailə dəyərlərini ön planda tutan bu konsepsiya restoranın əsas prioritetlərindən biridir. Şəbəkə qonaqlar üçün komfortlu və ailə yönümlü mühit yaratmaq istiqamətində fəaliyyətini davam etdirir.

Ləzzətlə görüşün.


 

Избранный
35
1
unikal.az

2Источники