RU

Sərdar Azmun İran yığmasından kənarlaşdırıldı - SƏBƏB

İran milli komandasının və Birləşmiş Ərəb Əmirliklərinin "Şabab Əl-Əhli" klubunun hücumçusu Sərdar Əzmun yığmadan kənarlaşdırılıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Far" məlumat yayıb. 

Mənbənin məlumatına görə, ulduz futbolçu Yaxın Şərqdəki gərgin geosiyasi vəziyyət fonunda sosial media paylaşımlarına görə millidəki yerini itirib. O, paylaşımlarında BƏƏ lideri Məhəmməd bin Zayedə dəstək ifadə edib, həmçinin İranı Fars körfəzi ölkələrinə hücumlara görə qınayıb. 

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək Şimali Amerikanın üç ölkəsində - ABŞ, Kanada və Meksikada baş tutacaq.

Избранный
63
1
fanat.az

2Источники