Novruz və Ramazan bayramları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.
Metropolitenin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, bayram günlərində gücləndirilmiş iş qrafiki tətbiq ediləcək.
“28 May-Əhmədli” və əksinə istiqamətdə 20-21, 25-28 və 30 mart tarixlərində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. Həmin tarixlərdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Martın 22-24-ü və 29-da isə eyni sahədə interval 3 dəqiqəyədək olacaq.
Martın 20-dən 31-nə qədər “Həzi Aslanov-Əhmədli” sahəsində qatarlararası interval 7 dəqiqə müəyyənləşdirilib.
İntervallar “Avtovağzal-8 Noyabr” və əksinə istiqamətdə 7 dəqiqə, “Avtovağzal-Xocəsən” və əksinə mənzildə 14 dəqiqə təşkil edəcək.