RU

İqtisadiyyat Nazirliyi: Dayanıqlı tədbir idarəetməsi inklüziv iqtisadi inkişafı dəstəkləyir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 mart, AZƏRTAC

Dayanıqlı tədbir idarəetməsi inklüziv iqtisadi inkişafı dəstəkləyir. “Tədbir davamlılığının idarəetmə sistemləri” kimi standartların tətbiqi yerli şirkətləri daha sistemli işləməyə, resurslardan səmərəli istifadə etməyə, eləcə də xidmət keyfiyyətini artırmağa imkan yaradır. Bu isə onların beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə və rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri İnarə Mustafayeva "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, nəticədə Azərbaycan şirkətləri yalnız daxili bazarda deyil, eyni zamanda, beynəlxalq səviyyədə də daha fəal iştiraketmə imkanları qazanır.

“Bununla yanaşı, bu standart şəffaflıq və etimad mühitinin gücləndirilməsinə də töhfə verir. Bu isə investisiya mühitinin yaxşılaşdırılmasına, yeni iqtisadi imkanların yaranmasına müsbət təsir göstərir. Ümumilikdə standartların hazırlanması və tətbiqi biznesin, xüsusilə də KOB subyektlərinin daxili biznes proseslərinin təkmilləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında səmərəli əməkdaşlıq əlaqələri formalaşdırılıb. Ötən dövr ərzində birgə səylərimizlə Ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi üzrə çərçivə dövlət standartı, eyni zamanda "Yaşıl biznesin idarə edilməsi sistemləri" dövlət standartı hazırlanıb təsdiqlənib”, - deyə İnarə Mustafayeva əlavə edib.

Fotoqraf - Azər İbrahimov

Video - Namiq Abdullayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
3
azertag.az

4Источники