
“ABŞ İrana birbaşa hərbi müdaxilə etməyi planlaşdırmır”.
Missiya.Az xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində deyib.
“Biz İranı işğal etməyəcəyik. Onların gəlirlərinin 90%-i neft və qaz ixracından əldə edilir. Qazanc gətirə biləcək bütün imkanların mərkəzi isə tək bir adadadır”, - deyə siyasətçi vurğulayıb.
Senator ABŞ Prezidenti Donald Trampa müraciət edərək deyib:
“Cənab Prezident, Xarq adasını ələ keçirin, bu müharibə bitdi”, - deyə Qrem əlavə edib
Daşqın HəsənovMissiya.Az