RU

ABŞ senatorundan xəbərdarlıq - “İranı işğal etməyəcəyik, ancaq…”

“ABŞ İrana birbaşa hərbi müdaxilə etməyi planlaşdırmır”.

Missiya.Az xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində deyib.

“Biz İranı işğal etməyəcəyik. Onların gəlirlərinin 90%-i neft və qaz ixracından əldə edilir. Qazanc gətirə biləcək bütün imkanların mərkəzi isə tək bir adadadır”, - deyə siyasətçi vurğulayıb.

Senator ABŞ Prezidenti Donald Trampa müraciət edərək deyib:

“Cənab Prezident, Xarq adasını ələ keçirin, bu müharibə bitdi”, - deyə Qrem əlavə edib

Daşqın HəsənovMissiya.Az

Избранный
101
missiya.az

1Источники