RU

“Azercell Telekom” MMC Türkiyəyə məxsus Turkcell şirkətinin satın alınmasına ilə bağlı yayılan iddialara rəsmi açıqlama verib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“Azercell” ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb. Facebook sosial şəbəkəsində yayılan paylaşımlarda şirkətin Türkiyənin mobil operatoru Turkcell ilə bağlı mümkün marağı barədə məlumatlar yer alıb.Şirkətin paylaşılan iddialar haqda mövqeyi nədir?“Azercell”-in Türkiyə bazarına daxil olmaq strategiyası mövcuddurmu?

Yaranan suallara cavab tapmaq üçün “Azercell Telekom” MMC-yə sorğu ünvanladıq “Azercell Telekom” MMC-dən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, “Azercell Telekom” MMC Turkcell-in alınmasını və ya Türkiyə bazarına genişlənməsini planlaşdırmır: “Şirkətin strateji prioriteti Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə vermək, ölkədə qabaqcıl rabitə infrastrukturu və rəqəmsal xidmətlərin genişləndirilməsinə yönəlmiş layihələri davam etdirməkdir. Bu istiqamətdə Azercell bütün səylərini ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və müştərilər üçün əlavə dəyər yaradan innovativ həllərin inkişafına yönəldir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
bizimyol.info

1Источники