RU

Bakı aeroportu Novruz bayramı günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn Novruz bayramıgünlərində gözlənilən sərnişin artımını nəzərə alaraq 2026-cı ilmartın 20-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyətgöstərəcək.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumatverilib.

Bildirilib ki, bayram günlərində artan səyahət tələbatınıqarşılamaq məqsədilə hava limanının bütün xidmətləri fasiləsizrejimdə çalışacaq. Uçuşların təhlükəsiz və operativ şəkildə həyatakeçirilməsi üçün əməliyyat xidmətlərinin fəaliyyətigücləndiriləcək, sərnişin axınının səmərəli idarə olunmasıməqsədilə əlavə təşkilati tədbirlər görüləcək.

Sərnişinlərin qeydiyyat prosesini rahat və vaxtında başaçatdırmaları üçün onlara uçuşdan ən azı 2–3 saat əvvəl havalimanına gəlmələri tövsiyə olunur. Həmçinin sərnişinlərə vaxtitkisinin qarşısını almaq üçün uçuşu həyata keçirən aviaşirkətinrəsmi internet səhifəsi və ya mobil tətbiqi vasitəsilə əvvəlcədənonlayn qeydiyyatdan keçmələri məsləhət görülür.

Şəhər mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportuna rahatçatmaq üçün “Airport Express” (H1 xətti) fəaliyyət göstərir.Marşrut 28 May metrostansiyası (Nəqliyyat Mübadilə Mərkəzi) vəKoroğlu metrostansiyasından Heydər Əliyev Beynəlxalq AeroportununTerminal 1 və Terminal 2 istiqamətində sutka ərzində fasiləsiz(24/7) xidmət göstərir.

Bundan əlavə, sərnişinlərin rahatlığını təmin etmək məqsədiləterminal ərazisində xüsusi “drop-off / pick-up” zolaqları mövcuddurvə burada 3 dəqiqəlik qısa dayanma mümkündür. Aeroportun parklanmazonasında isə ilk 15 dəqiqəlik dayanma ödənişsizdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinləri vəqonaqları Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə xoş,təhlükəsiz və rahat səyahətlər arzulayır.

Избранный
63
26
az.trend.az

10Источники