RU

Bu ölkə 4 günlük iş həftəsinə KEÇDİ

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, bundan sonra vətəndaşlar çərşənbə günləri istirahət edəcəklər. Əsas Xidmətlər üzrə Baş Komissar Prabat Çandrakirti bildirib ki, hökumət Yaxın Şərqdəki müharibə səbəbindən iş həftəsini qısaldıb. Dəyişikliklər bir sıra dövlət qurumlarına, məktəblərə və universitetlərə təsir edəcək. Baş komissar əlavə edib ki, özəl sektoru bizim nümunəmizi izləməyə və bundan sonra hər çərşənbə günü istirahət günü elan etməyə çağırırıq.

Onun sözlərinə görə, dövlət qurumlarının rəhbərlərinə qalan dörd iş günü ərzində xidmətə gəlməli olan işçilərin sayını müəyyən etmək səlahiyyəti verilib. Xəstəxanalar, liman və təcili yardım xidmətləri bu dəyişikliklərdən təsirlənməyəcək, onlar adi rejimdə fəaliyyət göstərirlər.

Избранный
3
1
Ajans.az

2Источники