RU

Naxçıvanda Çanaqqala Zəfərinin 111-ci ildönümü qeyd olunub - FOTO

Naxçıvan Muxtar Respublikasında 18 Mart – Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Əlahiddə Ümumqoşun Ordunun zabitləri, ictimaiyyət və media nümayəndələri, Naxçıvanda təhsil alan türkiyəli tələbələr iştirak ediblər.

Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çanaqqala şəhidlərinin, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, şəhidlərinin ruhuna "Qurani-Kərim"dən ayələr oxunub, dualar edilib.

Tədbir iştirakçıları Şəhidlər xiyabanını, orada ucalan “Ana” heykəlini ziyarət ediblər.

Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda
Избранный
41
2
apa.az

3Источники