RU

Xocalı prospektində baş verən yanğınla əlaqədar xəstəxanaya hospitalizasiya olunan 8 nəfər evə buraxılıb

Bakı, 18 mart, AZƏRTAC

Bakı şəhəri, Xətai rayonu, Xocalı, 29 ünvanında ötən gün baş verən yanğın səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator müayinələr təyin edilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, martın 17-də saat 11:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı, 29 ünvanından yanğın səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfər (3 kişi, 5 qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Müxbir - Günel Türksoy

Избранный
59
7
azertag.az

10Источники