BAKI, 18 mart. TELEQRAF
İraq Kərkük-Ceyhan boru kəməri vasitəsilə neft ixracını bərpa edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin dövlət Şimal neft şirkəti məlumat yayıb.
Məlumata görə, neftin Türkiyənin Ceyhan limanı vasitəsilə ixracına artıq başlanılıb.
Xatırladaq ki, martın 3-də İraq Kürdüstanında hasil edilən neftin Ceyhan limanı vasitəsilə ixracı müvəqqəti olaraq dayandırılmışdı. Buna səbəb bir neçə neft şirkətinin bölgədəki yataqlarda fəaliyyətini dayandırması olub.